Keçmiş raket mühəndisi Dennis Tito kosmosa getmək üçün 2001-ci ildə 20 milyon dollarından keçmişdi.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, artıq kosmosa səyahət etmək əvvəlki kimi baha deyil. 2017-ci ildə həyata keçiriləcək kosmik səfərlər adam başına 150 min dollara başa gələcək. Artıq bu səfər üçün məşhurlardan Ledi Qaqa, Leonardo Di Kaprio və Stefan Houkinq kimi ulduzlar növbəyə durub. Fənərbaxçanın keçmiş prezidenti Ali Şen və "Les Ottomans Otel"in sahibi Ahu Aysal də qeydiyyatdan keçənlər arasındadır.
Rüstəm