Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Əhmədli qəsəbəsində yerləşən "Ordubad" kafesində 1991-ci il təvəllüdlü Urxan Hüseynov bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Faktla bağlı cinayət işi başlanıb.