1 May 10:40
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Kreminna yaxınlığındakı bəzi itirilmiş mövqelərə nəzarəti bərpa edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna qüvvələri Kreminnanın qərbində yerləşən Yampolivkanın şərqinə doğru irəliləyərək cəbhə xətti boyunca bütün mövqelərini geri alıb.

Rusiya ordusu da Kislivkanın şərqində irəliləyib. Ruslar Çasiv Yar yaxınlığında da durumun dəyişdiyini açıqlayıblar. Onlar Siver-Donetsk kanalının şərq tərəfi və Çasiv Yarın cənubuna doğru irəliləyiblər.

Rus qoşunları Robotin istiqamətində də hücuma keçib. Son geolokasiya görüntüləri göstərir ki, Rusiyanın 71-ci motoatıcı alayı Robotinə hücum edərək qəsəbənin qərb hissəsində bayraq sancıblar.

Rusiya qoşunları Ukrayna qüvvələrini Xerson vilayətinin şərq sahilindəki mövqelər və Dneprdəki adalardan sıxışdırıb çıxarıblar.


Müəllif: Mənsur Rəğbətoğlu