1 May 20:07
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyası bərpa edilib.

Teleqraf.com xəbər verir ki, bu dəqiqələrdə parlament binasının qarşısına toplanmış etirazçılar Rustaveli prospektini bağlayıblar. Parlament binasının ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri və su şırnağı cəlb edilib.

Bugünkü aksiyaya bölgələrdən gələn etirazçıların da qoşulacağı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər