Gəncə şəhərində oğurluq hadisələri baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərin Nizami rayonu ərazisində 2 aptekdən və 1 mağazadan pul və tütün məmulatı oğurlanıb.
Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Hüseyn Kazımov, Sumqayıt şəhər sakini Bəxtiyar Əbilov, Gəncə şəhər sakinləri Aydın Həsənov və Sərdar Pənahov saxlanılıblar.
Sərdar Pənahovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 6-da daha 1 mağazadan tütün məmulatı və məişət əşyaları oğurlaması müəyyən edilib.