00:11
264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Silivri rayonunda 15 il əvvəl qətlə yetirilən Münəvvər Qarabuludu qətlə yetirən və 2014-cü ildə həbsxanada intihar edən Cem Qəriboğlunun nəşi eksqumasiya olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qarabaludlu ailəsinin müraciətini təmin edən prokurorluq artıq bununla bağlı qərar qəbul edib.

Xatırladaq ki, Cem Qəriboğlu17 yaşlı sevgilisi Münəvvər Qarabuludu 2009-cu ildə qətlə yetirəndən sonra doğrayaraq meyitini zibilliyə atmışdı.

Məhkəmənin hökmü ilə Cem Qəriboğlu 24 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qəriboğlu 3 il sonra Silivri 5 saylı cəzaçəkmə müəssisəsində intihar edib.

Tanınmış ailənin övladı olan Qəriboğlunin intihar etmədiyi, həbsxanadan qaçırıldığı iddia olunurdu. Hətta onun ABŞ-a getdiyi bildirilirdi.

Münəvvərin ailəsi bu kimi şübhələrə aydınlıq gətirmək üçün prokurorluğa müraciət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər