7 Noyabr 20:26
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peru Futbol Federasiyasının prezidenti Aqustin Lozano cinayətkar qruplaşma və korrupsiyaya görə həbs edilib.

Teleqraf.com xəbər verir ki, o, Peru klublarının borclarını bağışlayan, müxtəlif qurumlara kreditlər verən “Los Galacticos” qrupunun lideri olub.

Federasiya rəhbəri həmçinin çirkli pulların yuyulması və korrupsiyada ittiham olunur. Lozanonu 20 ilə qədər həbs gözləyir;

Qeyd edək ki, Peru millisini bu ay 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iki oyun gözləyir. Komanda noyabrın 16-da Çili, 4 gün sonra isə Argentina ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər