Almaniyada ukraynalı yük maşınının sürücüsü əcnəbi həmkarları tərəfindən öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Münaqişəyə səbəb Rusiya prezidenti Vladimir Putin və Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı mövzular olub.
Hadisə noyabrın 9-da axşam saatlarında Baden-Vürtemberq əyalətinin Oberrot kəndi yaxınlığında baş verib. Müxtəlif ölkələrdən olan 4 sürücü yük maşını dayanacağında spirtli içki qəbul edib. Ukraynadakı xüsusi hərbi əməliyyat və Putinin hərəkətləri barədə mübahisə qanla bitib.
Hadisə zamanı 34 yaşlı ukraynalı həlak olub.
Polis bir Özbəkistan vətəndaşı, Şərqi Avropa ölkələrindən olduğu 2 sürücünü saxlayıb.