4 Noyabr 23:45
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Barselona" və İtaliyanın "Yuventus" klubunun sabiq yarımmüdafiəçisi, hazırda Çilinin "Kolo-Kolo" klubunda çıxış edən Arturo Vidal cinsi təcavüzdə ittiham olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə "ADN" telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, hadisə Vitacura şəhərindəki barda baş verib. Qeyd olunur ki, zərərçəkmiş sərxoş olub və cinsi zorakılığa məruz qalıb. İş üzrə Arturo Vidaldan başqa "Kolo-Kolo" klubundan bir neçə nəfər də şübhəli bilinir.


Müəllif: Arzu

Oxşar xəbərlər