11 Sentyabr 16:46
134

Kitabın təbliği, reklamı, yayımı və satışı üzrə fəaliyyət göstərən Respublika Kitabxana Kollektoru cari ildən etibarən qapılarını kitabsevərlərin üzünə açmağı və özünü kitab təbliği ilə tanıtmağı planlaşdırır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi, Nizami Rayon İcra Hakimiyyəti və Respublika Kitabxana Kollektorunun təşkilatçılığı ilə cari ilin 12 sentyabr – 22 sentyabr tarixində Nizami rayonu ərazisində, Heydər Əliyev parkında yeni dərs ilinin başlanması ilə əlaqədar “Kitab bayramı -2017” adlı sərgi-yarmarka keçiriləcək.

Tədbirin 12 sentyabrda saat 11:00-da gerçəkləşəcək açılış mərasimində respublikanın tanınmış ədəbi, ictimai-siyasi xadimlərinin iştirakı planlaşdırılır.

Sərgi-yarmarka açılış günü istisna olmaqla digər günlərdə saat 09:00-dan 19:00-dək ziyarətçilərini qəbul edəcək.


Müəllif: Könül