1 May 09:52
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Rusiyanın Ryazan şəhərində neft emalı zavoduna PUA hücumu olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Kanal hücumun gecə üç radələrində baş verdiyini bildirir. Ard-arda iki partlayış səsinin eşidildiyi qeyd edilir.

Hazırda zavodda müvafiq xidmətlərin əməkdaşları çalışır. İlkin məlumata görə, itki yoxdur. Hələlik rəsmi təsdiq də yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu