1 May 10:08
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Tiflisdəki etirazları diqqətlə izlədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Vaşinqton Gürcüstan hakimiyyəti və bütün vətəndaşları dinc toplaşmaq azadlığına hörmət etməyə, qaşıdurmadan qaçmağa və qanunun aliliyinə hörmət etməyə çağırıb.

“Gürcüstan hökumətinin Kremldən ilhamlanan “xarici təsir qanunu” ilə bağlı davam edən müzakirələrindən dərin narahatıq. Birləşmiş Ştatlar qanun layihəsinin qəbul ediləcəyi təqdirdə gürcü xalqını dəstəkləyən və məlumatlandıran qurumlar və müstəqil medianın işinə xələl gətirəcəyindən dəridənn narahatdır”, - bəyanatda deyilir.

Departament hesab edir ki, qanunun məqsədi, hakim “Gürcü Arzusu” Partiyası üzvlərinin də etiraf etdiyi kimi, tənqidi səsləri susdurmaq və Gürcüstanın fəal vətəndaş cəmiyyətini məhv etməkdir.

“Gürcüstan hökumətini bu qanun layihəsinin Avropa Birliyinin norma və dəyərlərinə zidd olduğu və Gürcüstanın Avropa Birliyinə doğru irəliləyişinə mənfi təsir edəcəyi barədə xəbərdarlıqları nəzərə almağa çağırırıq”, - Vaşinqton bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu