6 May 2014 17:50
810

Azərbaycan Dövlət Musiqili Teatrının repertuarında gedən “Evlənmə” (N.Qoqol) tamaşasında Aqafya Tixonovna rolunda oynayan Məleykə Əsədovanı bundan sonra “ilin ən yaxşı aktrisası” adına layiq görülmüş Gültac Əlili əvəzləyəcək.

Qeyd edək ki, bu tamaşa artıq üç ildir ki, Musiqili Teatrın repertuarında yer alır. Tamaşanın rejissoru Bəhram Osmanovdur.

Rejissor bu əvəzlənmənin səbəbini Teleqraf.com-a açıqlamasında belə izah edib:

“Məleykə Əsədova bu tamaşadakı oynadığı roluna görə teatrla üç illik müqavilə bağlamışdı. Həmin müqavilənin müddəti başa çatıb, Məleykə xanım da başqa işləri ilə əlaqədar olaraq müqavilənin müddətini uzatmayıb. Teatrın rəhbərliyi bunu mənə dedi. Mən də o rola başqa aktrisanı Gültac Əlilini təyin etdim. Gültac məşqlərini edib, ilk tamaşasını da oynayıb. Bu iş prosesində çox normal haldır. Bunu niyə belə böyüdüblər, bilmirəm. Bütün sənət adamları aktyorlar, rejissorlar əvəzlənə bilər. Bunu şişirtmək lazım deyil”.

Nərmin


Müəllif: