25 Aprel 15:34
2 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və İrandan qaz kəmərinin çəkilməsi və həmin ölkələrdən qazın alınması çox yaxşı variantdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Spiker hələlik bu yöndə Bakı və Tehranla heç bir müzakirənin getmədiyini bildirb.

Simonyan "Ermənistan Azərbaycandan qaz ala bilərmi" sualına belə cavab verib:

“Buna çox müsbət yanaşıram, bu məsələni müzakirə etməliyik”.

Prezident İlham Əliyev bundan əvvəl münasibətlərin tənzimlənməsindən sonra Azərbaycanın Ermənistana qaz sata biləcəyini söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər