25 Aprel 17:32
4 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Prezidentinin Frank-Valter Ştaynmayerin Ankara səfərindən sonra Türkiyəyə “Eurofighter” qırıcılarının satışı ilə bağlı məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən bildirilib.

Açıqlamada Prezident Rəcəb Tayyib Ərdoğanla alman həmkarının görüşünün “Eurofighter” məsələsində yaxşı başlanğıc ola biləcəyi, Almaniyadan müsbət cavab gözlədikləri deyilir.

Nazirlik Ştaynmayerin səfərindən sonra Almaniyada Türkiyə üçün müdafiə sənayesi məhsullarına qoyulan məhdudiyyətlərin qaldırılıb-qaldırılmayacağı ilə bağlı suala belə cavab verib:

“Həmişə vurğulayırıq ki, müttəfiqlərin bir-birlərinə məhdudiyyət və ya sanksiyalar tətbiq etməsi düzgün deyil, müttəfiqlik ruhuna ziddir. Gözləntimiz ondan ibarətdir ki, müttəfiqlərimiz birlik ruhu və ümumi təhlükəsizlik perspektivinə uyğun qərarlar qəbul edəcək, bütün gizli və ya açıq məhdudiyyətləri aradan qaldıracaq.

Cənab prezidentimizin qeyd etdiyi kimi, ümid edirik ki, qarşıdakı dövr məhdudiyyətlərin yox, Almaniya ilə birgə işin müzakirə olunduğu dövr olacaq. “Eurofighter” məsələsinin bunun üçün yaxşı başlanğıc olacağını düşünür və Almaniyadan müsbət yanaşma gözləyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu