26 Aprel 01:53
2 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq qondarma soyqırımı ilə bağlı Ermənistana “başsağlığı” verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Putin bu il nə ermənilərə başsağlığı verdi, nə də soyqırımını Anma Gününə (qondarma) dəstək mesajı göndərdi. Əgər əvvəlki illərdə Kreml rəhbəri müntəzəm olaraq 24 aprel mesajı verirdisə, bu il səsi çıxmadı. Ötən il Vladimir Putin Anma Günü münasibətilə erməni xalqı ilə həmrəy olduğunu bildirmişdi. Düzdür, bu, aprelin 24-dən iki gün sonra Nikol Paşinyanla telefon danışığı zamanı deyilmişdi, amma nəsə deyilmişdi”, - nəşr bildirir.

“Hraparak” Putinin 2015-ci il aprelin 24-də qondarma soyqırımının 100-cü ildönümü ilə əlaqədar İrəvana gəlməsi və saxta abidə önündə alovlu nitq söyləməsini də xatırladıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər