25 Aprel 15:55
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram".

Teleqraf.com xəbər verir ki, bunu "Unikal"a açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərov deyib.

O bildirib ki, təqaüdçü olduğuna görə, Milli Aviasiya Akademiyasının Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsindən də ayrılıb:

"Əgər mən o vəzifədə deyiləmsə və təqaüdə çıxmışamsa, necə dərs deyə bilərəm? İnsanların mənimlə bağlı sosial şəbəkələrdə yazdıqlarına çox rahat baxıram. Hər kəs öz işi ilə məşğul olur. Sosial şəbəkələrdə mənim rəqs etdiyim videonu paylaşırdılar. Əgər o adamlar məni biabır etmək istəyirlərsə, mən onlara bir söz demirəm.

İndi mən övladlarımla, nəvələrimlə İsmayıllıda və Nabranda istirahət edirəm, amma ölkədən kənara çıxmıram. Özüm ərizə yazıb işdən ayrılmışam".


Müəllif: Teleqraf.com