25 Aprel 19:12
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur prodüser Harvi Vaynşteynin məhkumluğu Nyu-York Yüksək Məhkəməsi tərəfindən ləğv edilib.

Teleqraf.com xəbər verir ki, Apellyasiya Məhkəməsi Vaynşteynin işinə sədrlik edən məhkəmə hakiminin mühüm səhvə yol verdiyini müəyyən edib.

Buna görə məhkəmə prodüserin 2020-ci ildə ağır cinsi cinayətlə bağlı hökmünün qüvvədən düşdüyünü bəyan edib. Lakin onun yenindən mühakimə edilməsi istisna edilmir.

Qeyd edək ki, prodüser “Me too” hərəkatını alovlandıran əsas simalardandır. O, Miramax kinoşirkətinin yaradıcısı olub. Harvi Vaynştey aralarında məşhur aktrisalar olmaqla, qadınlara qarşı cinsi təcavüzdə ittiham olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər