26 Aprel 00:19
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin rəhbəri Si Cinpin Hərbi Tibb Universitetinə səfəri zamanı tələbələri və hərbçiləri mümkün müharibəyə hazır olmağa və döyüş meydanında ayıq olmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Çin lideri Hərbi Tibb Universitetin hərbi tibb sahəsində akademik işini öyrənmək və döyüş meydanında təcili tibbi yardım üçün avadanlıqları yoxlamaq üçün Çuntsin şəhərindəki ali təhsil müəssisəsinə baş çəkib.

O, qoşunların maddi-texniki təminatının gücləndirilməsinə, ordunun döyüş effektivliyinin artırılmasına, həmçinin zabit və əsgərlərin fiziki və mənəvi rifahına nəzarət etməyə çağırıb. Si Cinpin vurğulayıb ki, Çinin yeni nəsil qırmızı hərbi həkimlərə ehtiyacı var.

2023-cü ilin aprelində Si Cinpin Çin Xalq Azadlıq Ordusunu real döyüş əməliyyatları üçün hazırlığı gücləndirməyə çağırıb. Çin liderinin bəyanatı Çinin hərbi gəmilərinin Tayvan adası yaxınlığındakı manevrləri fonunda səslənib.


Müəllif: Teleqraf.com