25 Aprel 16:52
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Əli Mirəliyev mərhum əməkdar artist Cavanşir Məmmədov haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Əli Mirəliyev “Tarixin bir günü” verilişində mərhumun ölümünə səbəb kimi aparıcını göstərib:

“Mən hər şeyi bilirəm. Elə insanam ki, nə var, onu deyəcəm. O şəxs Cavanşirə böyük dərd verdi, fırıldaqçı türk vardı, Kemal Mustafa İbili, efirlərə çıxıb yalan açıqlamalar verdi. Amma Cavanşirə ən böyük zərbəni bizim aparıcı vurdu. Adını demirəm, hamı bilir. Sən öz dinini, millətini ortaya qoydun, amma sən həqiqəti bilmədən Cavanşir Məmmədovu gözdən saldın. Belə etmək olmazdı.

Cavanşirlə mən həmin xanımın toy mərasimini idarə etmişik. Cavanşir hər gecə səhərə qədər mənimlə söhbət edib dərdləşirdi. Mən onun böyük qardaşı idim. O məndən nigaran idi. Mən qaldım, o getdi. Onun vəfatı məni ağrıtdı. Heç kimə əziyyət vermədi, xəstəxanaya düşmədi. Həyat yoldaşı Xalidəni də üç dəfə insult vurub. Onun üçün Allaha yalvarırdı. Xalidə durur, amma Cavanşir yoxdu".


Müəllif: Rəqsanə Həsənova