25 Aprel 12:53
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Şəbnəm Tapdıq qonaq olduğu “Xeyirli axşamlar” verilişində şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu bu sözləri deyib: "Mənim nişanlım, istədiyim şəxs vardı, rəhmətə getdi. Rəhmətə gedən insanın yerinə heç kimi qoya bilmərəm. O, fərqli insan idi. Atası böyük şəxsiyyətidi, alimidi. Milliyətcə də yarı almanıydı... Atamı da onun atası tanıyırdı. Ürəyi götürmədi ki, mən niyə mahnı oxumağa çıxmışam... O da bax belə getdi.

Kişilər qısqanırlar. Bu qısqanclıq hissi nədən irəli gəlir? Niyə bir xanıma başqa insanlar baxmalıdır?! Lap mənə milyon göz baxsın, xasiyyətim elədir ki, heç kim mənə söz deyə bilməz. Mən çox ciddi xanımam. Kövrəkliyim isə daxili mədəniyyətimdən irəli gəlir. Görsəm, kimsə məni söyür, ona əhəmiyyət vermərəm. Deyərəm ki, Allahı və özü bilsin”.


Müəllif: Rəqsanə Həsənova