25 Aprel 21:02
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan cəmiyyətinin mütləq əksəriyyəti Baş nazir Nikol Paşinyanın anti-Rusiya siyasətini dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.

“İrəvanda baş verənləri dəyərləndirərkən nəzərə almaq lazımdır ki, Paşinyan, onun rəhbərlik etdiyi hazırkı hökumət və hakim partiyanın çoxluğa malik olduğu parlament Ermənistan vətəndaşlarının əksəriyyətinin dəstəyindən istifadə edir. Yəni anti-Rusiya kursunda, rusofobiyada, Rusiyadan Qərbə dönüşdə, ABŞ, Fransa, NATO və Avropa Birliyi ilə aktiv flörtdə... Bu, müasir erməni cəmiyyətinin üstün hissəsinin Rusiyaya qarşı mübarizəsi və siyasi baxışını əks etdirir. Bu, illüziya yox, mövcud reallıqdır”, - ekspert bildirib.

Korotçenko Ermənistanla Fransa arasında faktiki olaraq strateji müttəfiqlik qurulduğunu da vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər