1 Aprel 2016 17:27

Türkiyədə Nobel mükafatçısı Orxan Pamukun "Qırmızı saçlı qadın" kitabının bir bölümündə insest münasibətlərindən bəhs olunduğunu və bundan narahatlığını dilə gətirən elektrik mühəndisi Yavuz Konuk yazıçıdan hüquq-mühafizə orqanlarına şikayət edib.

Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi məlumata görə, o, həmin kitabın satışdan yığışdırılmasını, bu bölümün mətndən çıxarılıb təzədən nəşr olunmasını istəyir.

Sakaryada yaşayan Yavuz Konuk yazıçı haqqında Düzcə Prokurorluğuna müraciət edib.

O, "Qırmızı saçlı qadın" kitabının 114-cü səhifəsində insestlə bağlı ifadələrin Türk adət-ənənəsinə və əxlaqi dəyərlərinə zidd olduğunu iddia edib.

Mühəndis yazıçının xalqdan üzr istəməsi tələbini də irəli sürüb.

Teleqraf.com


Müəllif:
Загрузка...