11 İyul 2016 10:14
324

Türkiyənin Şanlıurfa bölgəsində silahlı insident baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, keçmiş polis məmurunun oğlu atasının silahından təhlükəsizlik işçilərinə atəş açıb.

Hadisə nəticəsində 3 polis həyatını itirib, 3-ü ağır yaralanıb. Silahlı şəxs öldürülüb. İnsidentin dəqiq səbəbləri araşdırılır.

Samir


Müəllif: