11 İyul 2016 14:10
250

Rusiya qazının Gürcüstandan keçərək, Ermənistana ötürülməsi bu gündən etibarən bir ay müddətinə dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Qazprom Armenia” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, qazın müvəqqəti dayandırılması Gürcüstan ərazisində Qazax-Saquramo qaz kəmərinin korlanmış sahələrinin təmiri, magistral kranların dəyişilməsi, torpaq sürüşməsi qeydə alınan rayonda yeni tikilmiş kəmər sahəsinin boru xəttinə birləşdirilməsi ilə bağlıdır.

Bu müddət ərzində Ermənistan istehlakçıları Abovyan yeraltı qaz anbarı hesabına qazla təchiz olunacaq.

Samir


Müəllif: