21 Aprel 2017 16:54
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin birliyinə qarşı həm içəridə, həm də xaricdə qəsd edən bütün terror təşkilatları ilə mübarizəmiz davam edir. Bir neçə gün əvvəl başladılan əməliyyatlarda bu günə qədər 30-dan çox terrorçu öldürülüb. Bu əməliyyatlar hər an davam edir. Çox təəssüflər olsun ki, bu gün iki zabitimizi şəhid edildi.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Baş nazir bəyan edib ki, Türkiyənin İŞİD-ə qarşı mübarizə mövqeyi açıq, dəqiq və qətidir: “Biz bu istiqamətdə əməkdaşlıq edə biləcəyimizi hər səviyyədə ABŞ-ın diqqətinə çatdırmışıq. Bu şərtlər altında qərar bizim deyil, ABŞ-ın olacaq. Prezident Ərdoğan mayın ortalarında amerikalı həmkarı Trampla görüşəcək və İŞİD-ə qarşı birgə mübarizə bir daha müzakirə olunacaq. Bu mənada indi fərziyyələr əsasında qərar çıxarmaq səhv olardı. Yanlış olmayan tək məsələ Türkiyəyə zərər verəcək kim olursa-olsun, istər ölkə daxilində, istərsə də xaricdə, gərək olanı edəcəyik”.

Cavad


Müəllif: