8 Dekabr 2017 15:12
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afinadakı görüşlərdən sonra Gümülcinə gedib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Gümülcinin Qırməhəllə məscidində cümə namazı qılacaq.

Bundan sonra, “Kris-yev” otelində Yunanıstandakı türklərlə görüşəcək.

Ərdoğan həmçinin, Qərbi Trakyaya da səfər edəcək. Onun səfərinin buradakı türklər tərəfindən böyük sevinclə qarşılanacağı gözlənilir.

Qeyd edək ki, sonuncu dəfə 1952-ci ildə Türkiyə prezidenti olaraq Cəlal Bayar Qərbi Trakyaya getmişdi.


Müəllif: Samir