15 May 2014 17:08
520

“Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bəzi hərbi texnoloji məhsulların istehsalında çətinlik yarada bilər”.

Bunu Rusiyanın Hərbi-Texnoloji Xidmətinin direktoru Aleksandır Fomin deyib. A.Fominin sözlərinə görə, istehsalı çətinləşə biləcək hərbi texnikalar sırasına aviasiya və dəniz texnikaları daxildir. O, məsələnin detalları haqda danışmaq istəməyib. Xidmətin direktorunun qənaətinə görə, Ukrayna da bu sanksiyalara qoşularsa, Rusiyanın hərbi sənaye müəssisələrinin bəziləri bağlanmaq təhlükəsi ilə üzləşə bilər.

Xatırladaq ki, Rusiyaya qarşı ABŞ və Avropa İttifaqı tərəfindən hazırlanan iqtisadi sanksiyalar paketi ilk növbədə yüksək texnologiyaların ölkə xaricinə ixrac olunmasının qarşısının alınmasını özündə əks etdirir. Bunların sırasında hərbi texnologiyalar, silah, neft-qaz sənayesi texnikaları da yer alıb. Sanksiyaların mərhələli tətbiqi gözlənilir.

ABŞ isə müttəfiqlərindən Rusiya ilə hərbi-texniki əməkdaşlığı tamamilə dayandırmağı israr edir./AzNews.az/


Müəllif: