26 Fevral 2015 23:54
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın Kano və Cos şəhərlərində bu gün törədilmiş bir neçə terror aktı nəticəsində azı 30 nəfər ölüb.

Teleqraf.com-un “Frans Press”ə istinadən verdiyi xəbərə görə, birinci partlayış Kano şəhərində törədilib. Belə ki, terrorçu-kamikadze özünü sərnişinlə dolu avtobusun salonunda partladıb, nəticədə 18 nəfər ölüb. Kanoda polis daha bir partlayışın qarşısını ala bilib, terrorçu müəyyən edilərək məhv edilib.

Daha iki partlayış Cos şəhərindəki avtobus parkında törədilib, nəticədə 17 nəfər ölüb. Partlayışların "Boko Haram" terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.


Müəllif: