3 Mart 2015 07:59

“İŞİD” terrorçu qruplaşmasının silahlıları Liviyada iki neft yatağına hücum edib.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, bunu Liviya neft obyektlərinin mühafizə xidmətinin nümayəndəsi Əli Xasi bəyan edib.

“Silahlılar Mabruk və Əl-Bahi neft yataqlarını intensiv atəşə tutublar. Nəticədə yataqları Əs-Sidr limanı ilə birləşdirən neft kəməri zədələnib”, deyə Ə.Xasi bildirib.

Onun sözlərinə görə, hazırda adıçəkilən bölgədə döyüşlər gedir, dəymiş ziyanın miqdarını müəyyən etmək hələlik mümkün deyil.


Müəllif: