11 Mart 2015 20:48

Səudiyyə Ərəbistanı Kralı Salman Abduləziz Əl Səud ilk dəfə xalqa müraciət edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, kral müraciətində bir neçə ciddi məsələyə toxunub. Onlardan biri də Fələstin mövzusudur. "Biz paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması üçün səylərimizi artıracaöıq. Bizim xarici siyasətimiz in fövqündə ərəbləri və İslamı müdafiə etmək durur".

Kral Salman neftin ucuzlaşmasına da toxunaraq etiraf edib ki, ucuzlaşma ölkə iqtisadiyyatına mənfi təsir göstərib: "Problemin həlli üçün müəyyən işlər görəcəyik".

Ayxan


Müəllif: