18 Mart 2015 13:25
290

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 7 nəfərin öldüyü, 41 dinc sakinin isə yaralandığı bildirilib. Rəsmilər yaralıların vəziyyətinin ağır olması səbəbindən ölü sayının artcağını istisna etmirlər.

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Şahidlərin sözlərinə görə, partlayış şəhərin mərkəzində yerləşən bazarda baş verib.

Samir


Müəllif: