NATO ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, Rusiyanın hərbi hədəfinə çevriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“NATO-nun birgə nüvə missiyaları praktikasının genişləndirilməsi bu dövlətin və ya artıq bu təcrübədə iştirak edənlərə qoşula biləcək ölkələrin olmasından asılı olmayaraq, sırf sabitliyi pozan xarakter daşıyır. NATO ölkələrinin birgə nüvə missiyalarının Rusiya sərhədlərinə yaxınlaşması Kreml üçün təhlükələri gücləndirir. Bu dəyişikliklərdə Polşa üçün təhlükəsizlik istiqaməti əlavə olunmayacaq, amma müvafiq obyektlər mütləq hədəfə çevriləcək. Eyni zamanda hərbi planlaşdırmamızda onlar ön planda olacaq”, - Ryabkov bildirib.