22 Mart 2015 00:38
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva prezidenti Dalya Qribauskayte Ukraynanın "İlin adamı" milli mükafatına layiq görülüb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, o, şənbə günü mükafatı almaq üçün Kiyevə gəlib.

Dalya Qribauskayte bu mükafata "Ukraynanın maraqlarını, ərazi bütövlüyünü müdafiə etdiyinə və Avropaya inteqrasiya məsələsində dəstək verdiyinə görə" Ukrayna Ali Akademik Şurası tərəfindən layiq görülüb.

Dalya Qribauskayteyə mükafatı Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk təqdim edib.

Nihad


Müəllif: