17 İyun 2014 10:06
311

Pakistanda hərbi qüvvələr ölkənin Şimali Vəziristan bölgəsində silahlı dəstələrə qarşı irimiqyaslı əməliyyatlara başlayıblar. ANS PRESS-in məlumatına görə, hərbi nazirlik, əsasən, dağlıq ərazidən ibarətən olan bölgənin terrorçu qüvvələrdən təmizlənməsinə əmr verib.

Ölkənin baş naziri Nəvaz Şərif Şimali Vəziristanın üsyançılar üçün təlim mərkəzlərinə çevrildiyini və regionda qanunsuzluğun baş alıb getdiyini bildirib. Şərif qeyd edib ki, hökumət qüvvələri buradakı özbaşınalığa son qoymağa çalışmalıdır.

Əməliyyatlar çərçivəsində paytaxt İslamabad və Kəraçi şəhərlərinə təhlükəsizliyə nəzarət etmək məqsədilə əlavə qoşunlar göndərilib.


Müəllif: