7 Aprel 2014 23:10
1 323

Şimali Koreyanın dövlət başçısı Kim Çen Inin keçən ilin dekabr ayında edam etdirdiyi qohumu Yang Song Takın 200 dəstəkçisini də ölüm cəzası ilə cəzalandıracaq.

ANS PRESS-in verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın “The Chosun Ilbo” qəzeti xəbər yayib. Məlumata görə, Şimali Koreyanın İşçi Partiyasında Yanga yaxın hesab olunan 200 şəxsin edam ediləcəyi, həmın şəxslərin ailələrinin iş düşərgələrinə göndəriləcəyi iddia edilib.

200 idarəçiyə bağlı qapılar arxasında reallaşacaq ”mühakimə etmə”nin ardından edam cəzası veriləcəyini yazan qəzet "uyğun proseduranın təqib edildiyi görünüşü yaratmaq istəndiyi" şərhini edib. Xəbərdə edamların Kang Kon Hərbi Akademiyasının poliqonunda həyata keçiriləcəyi göstərilib. Qəzet bu edamların “Kim rejiminə tam sədaqət göstərməyənlərin aqibətinə dair bir ibrət yaratmaq“ olduğu şərhini yazıb.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen Inin bibisi Kim Kyong Huinin yoldaşı olan Yang Song Takın vəzifəsindən sui-istifadə etdiyi, narkotik və qumar kimi vərdişlərin əsiri olduğu səbəbiylə dövlət başçılığından sonrakı ən yüksək vəzifə olan Milli Müdafiə Şurasının sədr müavini vəzifəsindən calışmışdı.


Müəllif: Teleqraf.com