3 May 2016 00:51
381

İranın dini lideri Ayətullah Əli Xameneyi ölkədə ingilis dilinin sürətlə yayılmasından narahatlığını bildirib.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, İranın rəsmi agentliyi İRNA xəbər verir ki, Xameneyi bildirib ki, bir çox məktəblərdə ingilis dili təbliğ olunur. Hətta məktəbəqədər təhsildə də uşaqlara fars dili əvəzinə, ingiliscə öyrədilir.

"Mən xarici dilin öyrənilməsinin əleyhinə deyiləm. Əsas narahatlığım fars dilinin arxa plana keçməsidir", deyə dini lider qeyd edib.

Ayxan


Müəllif: