21 İyul 2014 19:50

İsrail Qəzzada yerləşən "Əl-Əqsa" xəstəxanasını vurub.


Alınan məlumata görə, İsrail tankları Qəzzanı bombardman edən zaman xəstəxana vurulub

Daxili İşlər Nazirliyi hücum zamanı 5 nəfərin həyatını itirdiyini, 60-nın yaralandığını açıqlayıb.

Fələstinin sabiq Səhiyyə Nazirliyi sözçüsü Əşrəf Əl-Kudra xəstəxanaya 12 top mərmisinin endirildiyini deyib. Həmçinin digər inzibati binalar da bombarmdana məruz qalıb.

/axar.az/



Müəllif: