6 Avqust 22:38

Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunları Sumqayıtda yataqxananın yanması nəticəsində evsiz qalmış sakinlər üçün çadır quraşdırır. Artıq 30 çadır quraşdırılaraq başa çatıb.

Bu barədə Teleqraf.com-a FHN-nin mətbuat ximdətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Qeyd edək ki, yanğın avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. İlkin araşdırma zamanı yanğının yataqxananın 3-cü mərtəbəsindəkı partlayışdan sonra başladığı məlum olub.
Hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb.


Müəllif: Teleqraf.com