13 Oktyabr 2017 21:46
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda İraqa qarşı qəbul etdikləri qərarları açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Tramp çıxışında İranı "terrora dəstək verən ölkə" adlandırıb. O, İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) sanksiya tətbiq ediləcəyini də vurğulayıb: "İran terrora dəstək verən ölkələrin önündə gedir. İran fanatik bir rejimin kontrolundadır. Tehran nüvə anlaşmasına sadiq deyil və nüvə anlaşmasını daha çox pozub. Nüvə anlaşmasını gözdən keçirmək üçün qanun qəbul edəcəyik. Biz İranın düşmənçilik hərəkətlərinə qarşı durmaq və İslam Respublikasının heç vaxt nüvə silahı əldə edə bilməyəcəyinə əmin olmaq üçün bir sıra mühüm addımlar atacağıq"


Müəllif: Teleqraf.com