6 Avqust 2014 16:44

Şəkidə iki gün öncə qucağında körpə ilə saxlanılmış psixoloji problemləri olan qadının kimliyi müəyənləşib. Həmçinin o da məlum olub ki, qadının məqsədi körpəni öldürmək olub

20 yaşlı Gülər Məmmədova avqustun 4-də qucağında körpə taksiyə minir və sürücüdən onu Qoxmuq kəndinə aparmasını xahiş edir. Mənzil başına çatdıqda isə fikrini dəyişən gənc qadın bu dəfə Şəkinin Dördyol adlanan ərazisinə getmək istədiyini bildirir. Oxud kənd sakini Gülər Məmmədovanın aqressiv davranışı sürücüdə şübhə yaradır və onu tələb etdiyi əraziyə deyil, Şəki Şəhər Rayon Polis Şöbəsinə aparır. Burada araşdırma zamanı müəyyən olub ki, qadın ruhi xəstədir və onun niyyəti qeyri-qanuni doğulmuş körpəsindən qurtulmaq olub. Odur ki, qadın müayinə olunmaq üçün Şəki Əsəb Dispanserinə göndərilib. Körpə isə Şəki Qarışıq Tipli Uşaq Evinə yerləşdirilib.

Aparılan araşdırmaların nəticəsində özü haqda heç bir məlumat verməyən qadının kimliyi artıq müəyyənləşib və bu barədə ailəsinə məlumat verilib. İcra nümayəndəliyi və Qarışıq Tipli Uşaq Evinin nümayəndəsinin iştirakı ilə körpə həmin qadının anasına təhvil verilib.

/milli.az/







Müəllif:
Загрузка...