6 Avqust 2014 16:51
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyul ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,6 faiz, sərnişindaşıma tarifləri isə 2,3 faiz bahalaşıb

Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 8,2 faiz, digər xarici ölkələr üzrə isə 13,8 faiz bahalaşma müşahidə olunub.

İyul ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi isə 1,5 faiz bahalaşıb. Eyni zamanda MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 0,1 faiz bahalaşıb.

Ay ərzində avtomobil və dəniz nəqliyyatında yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

/ans press


Müəllif: