20 Aprel 2018 23:43
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Serj Sərkisyan Ermənistanda vəziyyətə nəzarət etmir.

Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu sözləri İrəvanın mərkəzindəki Respublika meydanında çıxışı zamanı “Mülki müqavilə” partiyasının lideri, deputat Nikol Paşinyan deyib.

Hakimiyyətin dialoq çağırışlarını şərh edən Paşinyan qeyd edib ki, artıq hakimiyyətlə danışıqlar aparılır: “Çünki xalq hakimiyyəti öz əlinə alıb. Biz burada ən güclü hakimiyyətlə danışıqlar aparırıq”.

Onun sözlərinə görə, bugünkü mitinq kütləvi xarakter daşıyıb, meydan izdihamlıdır, həttaTeatr İnstitutunun tələbələri dərsə getməkdən imtina ediblər. Mitinqə toplaşanların tələblərini səsləndirən deputat vurğulayıb ki, Serj Sərkisyan istefa verməli, müvəqqəti hökumət yaradılmalıdır.


Müəllif: Kəmalə