11 May 2016 12:10
756

"Eurovision 2016" yarışmasında Ermənistanı təmsil edən İveta Mukuçyanın bir neçə dəfə qondarma DQR-in bayrağını qaldırması məsələsi ilə bağlı lazımi ölçü götürüləcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı müsabiqənin meneceri Siete Bakker açıqlama verib.

Onun sözlərinə görə, erməni iştirakçının bu addımı ilə bağlı cəza tədbiri görüləcək: "Ermənistana qarşı ya cərimə cəzası kəsiləcək, ya da rəsmi xəbərdarlıq ediləcək".

Samir


Müəllif: