20 May 2017 10:03
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə 3 rayonda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 kvadrat metr olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 45 kvadrat metr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Cəlilabad şəhərində olub. Şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 156 kvadrat metr olan obyektin 1-ci mərtəbəsinin tavanı 35 kvadrat metr sahədə yanıb. Obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Xəzər rayonunda da yanğın olub. Rayonda ümumi sahəsi 20 kvadrat metr olan gözətçi otağının dam örtüyünün yanar konstruksiyaları 10 kvadrat metr sahədə və içərisindəki əşyalar yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Şəfiqə Nazimqızı