17 Noyabr 2017 22:53
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Başqırdıstan bölgəsinin Meçetlinsk rayonunda Belokataysk rayon məhkəməsinin hakiminin cəsədi aşkar edilib.

Telerqaf.com xarici mediaya istinadla xəbər verir ki, araşdırmalar zamanı onun Meçetlinsk rayonunun prokuroru tərəfindən öldürüldüyü məlum olub.

Məlumatlara görə, prokuror və hakim ova gedib. Ov zamanı prokurorun əlindəki silahdan açılan təsadüfi atəş hakimin həyatına son qoyub.

Faktla bağlı araşdırmalara başlanıb.


Müəllif: Samir