25 Aprel 2014 18:30

Prezident İlham Əliyevin Çex Respublikasına işgüzar səfəri başa çatıb.

Aprelin 24-də Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının növbəti Sammiti işə başlayıb. Bu Sammit “Şərq tərəfdaşlığı”nın 2009-cu ildə keçirilmiş Praqa Sammitinin beşinci ildönümünə həsr olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Prezident səfəri çərcivəsində bir sıra dövlət başçıları ilə görüşlər keçirib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın dövlət başçısı Serj Sarkisyanın Praqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində çıxışı zamanı Türkiyənin ünvanına səsləndirdiyi ittihamlara cavab verib. “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!”.

Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qeyd edib ki, Ermənistan prezidentinin çıxışını Türkiyəyə hücuma həsr edib. "Şərq tərəfdaşlığı sammitində Sarkisyan bütün çıxışını qondarma soyqırımla bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr etdi".


Müəllif: