17 Sentyabr 22:25

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 5-ci turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, o, oyun barədə fikirlərini bölüşərək, "Qarabağ”a qarşı açıq futbol oynamağın mümkünsüz olduğunu qeyd edib:

"Rəqib əsas heyətlə meydana çıxmışdı. Komandam taktiki cəhətdən düzgü oynadı. “Qarabağ” kiçik səhvlərimizdən istifadə etdi və qələbə qazandı. Düşünürəm ki, ikinci hissədə yaxşı oynadıq, hücumlar yaratdıq. Oyun heç-heçə də ola bilərdi, lakin imkanlarımızdan istifadə edə bilmədik. Futbolçularımdan razıyam, bacardıqlarını etdilər, meydanın hər qarışı uğrunda vuruşdular. Yeni komandayıq və bizə vaxt lazımdır. Mənə elə gəlir ki, “Kəpəz” oyundan-oyuna yaxşı təsir bağışlayır və bunun nəticəsini qarşıdakı matçlarda görəcəyik".

Ş.Diniyev bildirib ki, uduzmağın əsas səbəbi komandanın yeni qurulmasıdır:

"Çünki 16 futbolçumuz dəyişib, komandaya yeni gəlib. Bu da xətlərarası anlaşılmazlıqdan irəli gəlir. Oyundankənar vəziyyətlər də bununla bağlıdır. Həm individual, həm də komanda olaraq səhvlər var. Futbolçuların əməyini yerə salmaq olmaz. Mövqeyimizdən asılı olmayaraq, “Kəpəz” iddialıdır. Komandanın belə yerdə olmasına görə utanıram".


Müəllif: Teleqraf.com