14 Oktyabr 2017 01:45
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Mirbağır İsayevin komandası Bolqarıstanın Ukrayna yığması ilə qarşılaşıb.

Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki "Lokomotiv" stadionunda keçirilən görüşdə millimiz darmadağın olub - 1:6.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyundan İrlandiya yığmasına 0:6 hesabı ilə uduzub.

13 oktyabr

Avropa çempionatının ilkin seçmə mərhələsi

II tur

Ukrayna - Azərbaycan - 6:1
Qollar: Mixaylo Mudrik, 3 (1:0), Roman Yakuba, 15 (2:0), İsmayıl Zülfüqarlı, 17 (2:1), Danilo Silkan, 38 (3:1), Alan Aussi, 62 (4:1), Stanislav Biblik, 78 (5:1), Artyom Sulianski, 80+1 (6:1)
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Baş hakimin köməkçiləri: İbrahim Çağlar Uyarcan (Türkiyə), Miroslav Maksimov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Davidov (Bolqarıstan)


Müəllif: Teleqraf.com