1 Mart 2015 09:37

Futbol üzrə İspaniya çempionatında 25-ci tur davam edir.

İkinci oyun günündə 4 qarşılaşma baş tutub.

“Barselona” səfərdə millimizin üzvünün çıxış etdiyi “Qranada”nı məğlub edib. Oyun Kataloniya klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Deportivo” “Almeriya” səfərindən 1 xalla dönüb. "Rayo Valyekano" Alberto Buenonu 15 dəqiqəyə poker etdiyi matçda "Levante"ni 4:2 məğlub edib.

Tura bazar ertəsi keçiriləcək “Selta” – “Elçe” oyunu ilə yekun vurulacaq.

İspaniya La Liqası

25-ci tur

27 fevral

Espanyol - Kordoba 1:0
Qol: Qonsales, 43.

28 fevral

Qranada – Barselona 1:3
Qollar: Riko, 53 – Rakitiç, 25. Suares, 49. Messi, 70.

Rayo Valyekano – Levante 4:2
Qollar: Bueno, 23; 32. 33; 38 – Kasadesus, 13. Uçe, 85.

Almeriya – Deportivo 0:0

anspress.com


Müəllif: